Ermənistan DİN-in iki əməkdaşı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı iş üzrə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına komitənin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Daxili İşlər Nazirliyinin iki əməkdaşı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin araşdırdığı iş üzrə saxlanılıb.
Onun sözlərinə görə, saxlanılanlar Daxili İşlər Nazirliyinin İqtisadiyyat İdarəsinin əməkdaşlarıdır.
Onlar satınalma ilə bağlı rüşvət almaqda ittiham edilərək həbs ediliblər.
Xuraman Etibarlı
İnterpress.az