Ermənistan rusiyalı jurnalistin ölkəyə girişinə QADAĞA QOYDUbackend

Ermənistan rusiyalı jurnalistin ölkəyə girişinə QADAĞA QOYDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ermənistan münasibətlərindən süjet hazırlayan jurnalist İrəvana buraxılmayıb.

İnterpress.аz xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistan hakimiyyəti “İlk Dnestryanı” (Pervıy Pridnestrovskiy) telekanalının keçmiş müxbiri Nikita Kondratovun ölkəyə girişini qadağan edib.

Jurnalistin ölkəyə buraxılmamasının rəsmi səbəbi barədə rəsmi qurumlar tərəfindən hələlik heç bir məlumat verilməyib.

Məlumata görə, N.Kondratov bir müddət əvvəl Ermənistanda yerli sakinlərlə video-müsahibələr hazırlayıb.

O, paytaxt İrəvanda sakinlərlə söhbəti zamanı ölkənin Avropa İttifaqı ilə yaxınlaşması, Rusiya ilə münasibətləri və enerji təhlükəsizliyinə yarana biləcək risklərlə bağlı suallar ünvanlayıb.

Xuraman Etibarlı

İnterpress.аz