Ermənistan Türkiyə ilə sərhədi açmaq üçün əlindən gələni edib, ona görə də indi hər şey Ankaradan asılıdır.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.
“Ermənistan Türkiyə ilə sərhədi üçüncü ölkələrin diplomatik pasportlarına malik şəxslər üçün açmaq üçün əlindən gələni edib, ona görə də indi hər şey Ankaradan asılıdır”, – Rubinyan bildirib.
O qeyd edib ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla növbəti görüşünün tarixi hələ təsdiq edilməyib.
Rubinyanın sözlərinə görə, Ankara ilə təmaslar təkcə xüsusi nümayəndələr vasitəsilə deyil, həm də Xarici İşlər Nazirliyi, müxtəlif nazirlər səviyyəsində və Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında telefon danışıqları formatında baş verir.
Xuraman Etibarlı
İnterpress.az