“Ermənistana izah edildi ki, həddinizi aşsanız, biz bu yolu…” – ŞƏRHbackend

“Ermənistana izah edildi ki, həddinizi aşsanız, biz bu yolu…” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bütün bunların bir mənası var, Rusiya və Ermənistan Azərbaycana bildirmək istəyirlər ki, münaqişə bitməyib, münaqişənin davamlılığına hazır olmalıdır, danışqlara getməlidir və o cümlədən danışıq gündəliyini Rusiya və Ermənistan müəyyənləşdirəcək və Azərbaycan onu icra etməyə məcbur olacaq”. bunu politoloq Zərdüşt Əlizadə ermənilərin tez-tez təxribata cəhd etməsi və bunun nəticəsində hər dəfə bir hərbçimizin şəhid olması haqda danışarkən deyib:

“Onlar belə istəyirlər. Azərbaycan Prezidenti isə deyir ki, münaqişə qurtarıb, status məsələsi yoxdur və artıq sülh müqaviləsi, delimitasiya və yolların açılması haqqında düşünmək olar. Bax bu iki tərəfin, iki fərqli mövqeyinin nəticəsində atışmalar baş verir, əsgərlərimiz yaralanır və şəhid olur.

Politoloq Gorus-Qafan yolunun açılmasından da danışıb və bunun da Ermənistana bir dərs olduğunu bildirib:

“Gorus-Qafan yolunu Azərbaycan açdı və Ermənistana izah edildi ki, belə imkanlarımız var. Yəni siz həddinizi aşsanız, biz bu yolu təkrar və həmişəlik bağlaya bilərik. Xəritələrə görə bu yol Sovet vaxtı Azərbaycan ərazisindən keçmişdi və onda hardan rahat idi, ordan da yol çəkirdilər. Amma indi bölgü gedir, bu yol Azərbaycanın ərazisidir və hüquqi baxımdan bizim o yolu bağlamaq imkanımız var. Əgər Ermənistan özünü abırlı aparsa, yolu bağlamarıq”.