Qərbi Azərbaycanın qədim yaşayış məntəqələrindən biri Ərzini (Ellər) kəndində atışma baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.
“Arzni icmasının rəhbəri Feliks Mirzoyev və daha 7 nəfər dava və atışmadan sonra saxlanılıb”, – Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, dünən axşam saatlarında Kotaykda kütləvi dava olub, atəş açılıb. Hadisədən sonra bir nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Xuraman Etibarlı
İnterpress.az