Ermənistan sərhədində tikinti işlərini əcnəbilər görür.
İnterpress.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.
Ermənistanın dövlət sərhədlərində aparılan möhkəmləndirmə və infrastruktur tikinti işlərində Hindistan, Misir və İran əsilli fəhlələrin çalışdığı bildirilir.
Mənbələrin sözlərinə görə, bu şəxslərin heç biri Milli Təhlükəsizlik Xidmətində tam yoxlamadan keçmir.
Müdafiə qurumundakı mənbələr qeyd edir ki, belə şəraitdə həmin işçilərin arasında xarici xüsusi xidmət orqanlarının əməkdaşlarının və ya məlumat ötürənlərin olub-olmadığına dair heç bir zəmanət yoxdur.
Onların “ucuz işçi qüvvəsi” adı altında sərhəd zonasında gizli məlumat toplayıb ötürməsi ehtimalı istisna edilmir.
Qəzet əlavə edir ki, sərhəd boyunca tikiləcək infrastruktura dair açıq tenderlər elan olunur və bu tender sənədlərində gələcək qurğuların texniki parametrləri detallı şəkildə göstərilir. Bu isə məlumatların üçüncü tərəflərə sızma riskini daha da artırır.
Xuraman Etibarlı
İnterpress.az






