Ermənistanda hərbçi qəza törətdi — Yaralılar varbackend

Ermənistanda hərbçi qəza törətdi — Yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Ararat vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az -ın əldə etdiyi məlumata görə  qəza sentyabrın 5-də Yerevan-Yerasx avtomobil yolunda olub.

Yolun 28-ci kilometrliyində BMW, “ГАЗ 3308” və “Mercedes”in toqquşması nəticəsində 3 nəfər yaralanıb, BMW aşaraq dəmir arakəsməyə çarpılıb.

Bildirilib ki, “ГАЗ 3308” markalı avtomobil Ermənistan Müdafiə Nazirliyinin balansındadır. İlkin ehtimala görə, qəza onun sürücüsünün yol-hərəkət qaydasını pozması səbəbindən baş verib.

İnterpress.az