Ermənistanda keçmiş deputatların yeni partiyası qeydiyyata ALINMADIbackend

Ermənistanda keçmiş deputatların yeni partiyası qeydiyyata ALINMADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin keçmiş deputatları Ovik Ağazaryan və Akop Aslanyanın yeni partiyası qeydiyyata alnmayıb.

İnterpress.az xəbər verir ki, bu barədəe rməni mediası məlumat yayıb.

Bildirilir ki, Ədliyyə Nazirliyinin Dövlət Reyestri “Mülki Müqavilə”nin sıralarını tərk edən deputatlar Ovik Ağazaryan və Akop Aslanyanın yeni partiyasını qeydiyyatdan keçirməkdən imtina edib.

Ağazaryan Vahid Milli Konstitusiya Partiyasının (UNCP) qeydiyyatdan imtinası barədə danışıb.

O qeyd edib ki, imtina ərizəyə əlavə olunan sənədlərdə (proqramda, nizamnamədə) qanunvericilikdə nəzərdə tutulan müddəaların olmaması ilə izah edilib.

Ağazaryan əlavə edib ki, vəkillər hazırda imtinanı öyrənirlər və qiymətləndirmə aparıldıqdan sonra onlar hansı yolla – məhkəməyə getmək və ya yeni sənədlər paketini təqdim etmək barədə qərar verəcəklər.

Xuraman Etibarlı

İnterpress.az