Ermənistanda orta yaşlı kişi ticarət mərkəzində qumbara partladıbbackend

Ermənistanda orta yaşlı kişi ticarət mərkəzində qumbara partladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Ararat əyalətində kişi ticarət mərkəzində qumbara partladıb.

Bu barədə “Shamshyan.com” məlumat yayıb.

Qeyd edilir ki, əl qumbaraları ilə silahlanmış bir nəfər Xarberd küçəsindəki ticarət mərkəzinə soxularaq oranı partlatmaqla hədələyib.

Polis əməkdaşları gələnə qədər həmin şəxs mağazanın içərisində qumbaralardan birini partladıb, nəticədə mağazaya böyük maddi ziyan dəyib: pəncərələr, qapılar sınıb, tavana və əmlaka ziyan dəyib. Silahlı şəxs F1 tipli ikinci qumbaranı partlatmağa cəhd edərkən polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

O, asayiş keşikçiləri tərəfindən polis bölməsinə aparılıb.

Faktla bağlı cinayət işi başlanıb, ekspertizalar təyin edilib. Məlumata görə, polis tərəfindən zərərsizləşdirilən şəxs daimi yaşayış yeri olmayan 35 yaşlı Aram X.-dır.

Hadisə zamanı xəsarət alan olmayıb.