Ermənistanda Vanadzor şəhərinin keçmiş meri Samvel Darbinyan saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsi təsdiqləyib.
Bildirilir ki, Vanadzorun keçmiş meri Samvel Darbinyan saxlanılıb.
Darbinyan və daha üç vətəndaş rəsmi səlahiyyətlərdən istifadə etməklə xüsusilə külli miqdarda çirkli pulların yuyulması işi kontekstində saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az