Ermənistanın hökumət saytlarına haker hücumları edilib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlum at yayıb. Bildirilir ki, Ermənistanın hökumət saytlarına haker hücumları edilib.
Hakerlər qrupunun Rusiya QRU-ya məxsus olduğu qeyd edilir. QRU qorunmayan server jurnalının keşinə giriş əldə edə bilib.
Məlum olub ki, QRU hakerləri Ermənistan hökumətinin saytlarına da hücum ediblər.
Ermənistan hökumətinin internet saytlarına edilən hər bir hücum Ermənistandakı gərgin vəziyyətlə əlaqələndirilir və müxalifətin hərəkətləri ilə sinxronlaşdırılır.
Digər ölkələrin hökumət saytlarına da hücumlar edilib.
Xuraman Etibarlı
İnterpress.az