Ermənistanın Konstitusiya Şurasının tərkibi təsdiqləndibackend

Ermənistanın Konstitusiya Şurasının tərkibi təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş nazir Nikol Paşinyan Konstitusiyaya Dəyişikliklər Şurasının tərkibini təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Şuranın sədri ədliyyə naziri Karen Andreasyan olacaq. Şuranın tərkibinə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Vardanyan, Ombudsman Kristine Qriqoryan daxil edilib.