Estoniyadakı NATO əsgərləri Rusiyanın hücumuna qarşı MƏŞQ EDİR – FOTObackend

Estoniyadakı NATO əsgərləri Rusiyanın hücumuna qarşı MƏŞQ EDİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyadakı NATO əsgərləri Rusiyanın hücumunu dəf etmək üçün məşq edir.

İnterpress.az xəbər verir ki, NATO-nun Estoniyada Böyük Britaniya, Fransa və Finlandiya da daxil olmaqla ittifaq ölkələrindən 16 minə yaxın hərbçinin iştirak etdiyi ən böyük hərbi təlimi “Bahar Fırtınası” başlayıb.

Təlimlər Rusiyanın Baltikyanı ölkələrə mümkün hücumunu simulyasiya edir və müdafiə ssenarilərini tətbiq edir.

Əsgərlər iki tərəfə bölünür: biri Qərb qüvvələri, digəri rus ordusu kimi çıxış edir.

Əməliyyatlar qəfil hücumlar, tanklar, artilleriya, pilotsuz uçuş aparatları və kamuflyajlı kəşfiyyat qrupları ilə real ssenarilər üzrə həyata keçirilir.

Eyni zamanda, hər bir tərəf ayrı-ayrı məxfi əmrlər alır ki, bu da təlimləri mümkün qədər döyüş şəraitinə yaxınlaşdırır.

Estoniya diviziyasının komandiri general İndrek Sirelin sözlərinə görə, manevrlərin məqsədi “NATO qüvvələri ilə Estoniyanı müdafiə etmək”dir.

“Mənim ssenarimdə mən Rusiya Federasiyasının silahlı qüvvələrinə qarşı döyüşürəm”, – o əlavə edib.

Hərbi ekspertlər qeyd edirlər ki, təlimlərdə gözlənilməz hücumlara operativ reaksiya, kamikadze pilotsuz təyyarələrdən istifadə və tam qeyri-müəyyənlik şəraitində əməliyyatlara xüsusi diqqət yetirilir.

Xuraman Etibarlı

İnterpress.az