Evdar qadınlara maaş VERİLƏCƏKbackend

Evdar qadınlara maaş VERİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada evdar qadınlara maaş vermək istəyirlər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, regional yaşayış minimumu məbləğində ödənişlər ev işləri ilə məşğul olan işsiz ruslara veriləcək: yemək bişirmək, təmizlik, paltar yumaq, ərzaq alış-verişi və digər ev işləri.

Bura həmçinin 1,5 yaşdan yuxarı uşağa qulluq edənlər, yaşlı valideynlər və sağlamlıq imkanları məhdud ailə üzvləri daxildir.

Qanun layihəsi artıq Dövlət Dumasına təqdim edilib.

Xuraman Etibarlı

İnterpress.az