Türkiyədə anası işdə olarkən toyuq dönər yeyən on üç yaşlı Eren evində ölü tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Türkiyədə 13 yaşlı Eren evdə tək olduğu vaxt toyuq dönəri yedikdən sonra həyatını itirib.
Uşaq anasının işdə olduğu müddətdə aldığı qidanı yeyib, daha sonra isə anası onu huşsuz vəziyyətdə tapıb.
Təcili yardım çağırılsa da, Erenin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı ən real versiya – qida zəhərlənməsidir. Buna görə də dönər satan müəssisə dərhal möhürlənib və geniş yoxlamaya cəlb olunub.
Laborator analizlərin nəticələri gözlənilir. Istintaq davam edir.
Xuraman Etibarlı
İnterpress.az






