“Lockheed Martin” şirkəti F-35 qırıcısının özünü idarə edən versiyasını hazırlamaq istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə “Defense One” yazıb.
Şirkət hesab edir ki, isteye bağlı avtonom idarəetmə “nisbətən təvazökar” vaxt çərçivəsində həyata keçirilə bilər.
Portal xatırladır ki, F-35 artıq bəzi avtonom funksiyalarla təchiz edilib.
2023-cü ildə nümayişlər zamanı pilot atıldıqdan sonra qırıcı 11 dəqiqə uçub. Amma bu vaxta qədər tam avtonomiyadan söhbət getməyib.
Xuraman Etibarlı
İnterpress.az