“Fələstin” köynək geyinmiş solçu deputat Bundestaqın iclasından çıxarılıb.
İnterpress.az xəbər verir ki, Bundestaq sədri Yuliya Klökner, Sol Partiyadan olan millət vəkili Jansin Köktürk müzakirəyə “Fələstin” yazılmış köynəklə gəldikdən sonra iclas zalını tərk etməsini tələb edib.
Bu, geyimlə bağlı hər hansı siyasi bəyanatı qadağan edən parlament qaydalarının birbaşa pozulmasıdır.
“Xanım Köktürkdən paltarını dəyişməsini xahiş edirəm. Görünür, imtina edirsiniz. Onda sessiyanı tərk etməyinizi xahiş edirəm”, – Klökner müzakirəni dayandırıb.
Zaldan çıxarkən Köktürk qəzəbli bir jestlə hiddətini bildirib. Bundan sonra Klökner bütün deputatlara xatırladıb ki, “müzakirə ciddi şəkildə mahiyyət üzrə aparılır”.
Bu, Köktürklə bağlı ilk hadisə deyil. Bundestaqda ilk çıxışı günü o, ənənəvi Fələstin çadrası olan keffiyeh taxaraq gəlib.
Xuraman Etibarlı
İnterpress.az