Fərdi yaşayış evində DƏHŞƏTLİ YANĞIN: Üç uşaq HƏLAK OLDU – VİDEObackend

Fərdi yaşayış evində DƏHŞƏTLİ YANĞIN: Üç uşaq HƏLAK OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstanda fərdi yaşayış evində dəhşətli yanğın hadisəsində üç uşaq yanaraq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində üç uşaq faciəvi şəkildə həyatını itirib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, yanğın Salavat rayonunun Novıye Karatavlı kəndində yerləşən birmərtəbəli taxta evdə qeydə alınıb.

Hadisə zamanı evdə olan və faciəvi şəkildə həlak olan uşaqların 6, 8 və 11 yaşlarında olduqları bildirilir.

Yanğınsöndürənlər hadisə yerinə gələn zaman 36 kvadratmetr sahəsi olan taxta ev tamamilə alovlar içində olub.

Alovlar söndürüldükdən və dağıntılar təmizləndikdən sonra xilasedicilər 2015, 2016 və 2020-ci il təvəllüdlü üç azyaşlının meyitini aşkarlayıblar.

Məlumata görə, yanğın zamanı evdə böyüklərdən heç kim olmayıb və uşaqlar nəzarətsiz qalıblar.

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən “ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma” maddəsi ilə cinayət işi açılıb.

Hadisənin başvermə səbəblərini və təfərrüatlarını araşdırmaq üçün məhkəmə-tibbi ekspertizalar təyin edilib.

Xuraman Etibarlı

İnterpress.az