Hindistanda festivalda peyin döyüşü təşkil edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Hİndistan nediası məlumat yayıb. Hindistanda “Pidakala müharibəsi” festivalında peyin döyüşü təşkil edilib.
“Minlərlə ölkə sakini Andhra Pradeş əyalətindəki kəndlərdən birinə toplaşaraq inək peyininin mərmi kimi istifadə edildiyi köhnə ənənəyə uyğun olaraq döyüşüb.
Hind folkloruna görə, toy planlaşdıran iki tanrı arasında münaqişə inək peyininin atılması ilə başa çatıb.
Yerli sakinlər inanırlar ki, “peyin döyüşləri” iştirakçılara və kəndin özünə uğurlar, firavanlıq və müntəzəm yağışlar gətirir. Bəzən hindlilər o qədər əsəbiləşirlər ki, döyüş ciddi xəsarətlərlə başa çatır”, – yerli media yazıb.
Xuraman Etibarlı
İnterpress.az