Fəzail İbrahimli Göytəpədə vətəndaş qəbulu keçirib
VHP sədrinin müavini, Milli Məclisin deputatı Fəzail İbrahimli Göytəpə şəhərində növbəti vətəndaş qəbulu keçirib. Qəbulda rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Seçicilər onları narahat edən məsələlərlə bağlı şikayət, müraciət və təkliflərini millət vəkilinə çatdırıb. Bir sıra məsələlər yerində həll edilib. Digər məsələlərin həlli ilə bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi və onların həlli üçün səy göstəriləcəyi bildirilib.
Millət vəkili Fəzail İbrahimli bu görüşlərin vətəndaşların problemlərinin həllinə daha effektiv yanaşmaq məqsədi daşıması baxımından səmərəli olduğunu və gələcəkdə də bu cür görüşlərin davam etdiriləcəyini vurğulayıb.