FHN: Ötən gün beş nəfər xilas edilib, bir intiharın qarşısı alınıbbackend

FHN: Ötən gün beş nəfər xilas edilib, bir intiharın qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 79 yanğına çıxış, beş halda köməksiz vəziyyətdə qalma və bir intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən verilən məlumata görə, yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla səkkiz nəfər, o cümlədən intihara cəhd edən bir nəfər xilas edilib.

Həmçinin, Mingəçevir su anbarında nəzarətsiz ərazidə batan 1997-ci il təvəllüdlü Qarayev Orxan Mahir oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, Yasamal rayonunda 1962-ci il təvəllüdlü Talıbov Telman Yaqub oğlunun meyiti mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.