Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundubackend

Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi vəzifəsini müvəqqəti olaraq Xalq yazıçısı Çingiz Abdullayev icra edəcək.

 

İnterpress.az xəbər verir ki, bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat yayıb.

 

O, Ç.Abdullayevin AYB-nin katibi vəzifəsində qalmaqla, qurultaya qədər birinci katibin səlahiyyətini də icra edəcəyini bildirib.

 

Vəzifə təyinatı qurultay zamanı səsvermə yolu ilə həyata keçiriləcək.

 

Xatırladaq ki, bundan əvvəl AYB-nin birinci katibi mərhum Xalq şairi Fikrət Qoca idi.