Filippin Cənubi Çin dənizindəki mərcan riflərinin məhvinə görə Çini məhkəməyə verəcəkbackend

Filippin Cənubi Çin dənizindəki mərcan riflərinin məhvinə görə Çini məhkəməyə verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin Cənubi Çin dənizindəki eksklüziv iqtisadi zonada mərcan riflərini məhv etməkdə ittiham etdiyi Çinə qarşı məhkəmə iddiası açmağı planlaşdırdığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Filippinin ədliyyə naziri Jesus Crispin Remulla dünən verdiyi açıqlamada Cənubi Çin dənizindəki eksklüziv iqtisadi zona daxilində yerləşən mərcan rifləri ilə bağlı qiymətləndirmələr edib.

Remulla Çinin mərcan qayalarını məhv etdiyinə dair əllərində dəlillər olduğunu iddia edərək, Çinə qarşı dava açacaqlarını bildirib.

Bu işin Cənubi Çin dənizində Çinlə ərazi mübahisəsi ilə heç bir əlaqəsi olmadığını bildirən Remulla “Ətraf mühitin məhv edilməsinin insanlığa qarşı günah olduğunu” vurğulayıb.