Finlandiya ilə Rusiya arasında dörd Nəzarət-Buraxılış Məntəqəsi bağlanırbackend

Finlandiya ilə Rusiya arasında dörd Nəzarət-Buraxılış Məntəqəsi bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya ilə Rusiya arasında olan dörd Nəzarət-Buraxılış Məntəqəsi noyabrın 18-dən bağlanır.

İnterpress.az xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo noyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib.

“Finlandiya şərqdə sərhəd-keçid məntəqələrini cümə günündən şənbəyə keçən gecə bağlayacaq”, – Petteri Orpo bildirib.

Məlumata görə, Finlandiya hökumətinin saytında bu məntəqlərin bağlanacağı göstərilib: “Vaalimaa (Rusiya tərəfdə Torfyanovka), Nuyyamaa (Brusniçnoye), İmatra (Svetoqorsk) və Niirala (Vyartsilya)”.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, şərq sərhədində keçidlərin bağlanması Finlandiyaya qanunsuz girişi dayandıracaq: “Lazım gələrsə, hökumət daha sərt tədbirlər görməyə hazırdır”.