Florensiyada yeni evlərin qısamüddətli kirayəsi qadağan edilibbackend

Florensiyada yeni evlərin qısamüddətli kirayəsi qadağan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın turizm şəhərlərindən biri olan Florensiya, tarixi şəhər mərkəzinin sərhədləri daxilində turistlərə qısa müddətli yaşayış üçün yeni evlərin kirayə verilməsini qadağan edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İtalyan mətbuatında yer alan xəbərə görə, Florensiya Şəhər Şurasının son olaraq qəbul etdiyi qərarla gecə, qısa müddətli yaşayış üçün yeni evlər “Airbnb” kimi platformalar vasitəsilə icarəyə götürülə bilər.
Şəhər şurasının qərarında qısamüddətli kirayə modelindən imtina edərək evlərini uzunmüddətli kirayələrə açan ev sahibləri üçün mənzil vergilərində endirim də nəzərdə tutulur.

Florensiya meri Dario Nardella məsələ ilə bağlı açıqlamasında mərkəzdə yaşayan şəhər sakinlərinin mənzil otellərində yaşamaqdan şikayətləndiyini və bu qərarların yerli əhalinin yardım çağırışına cavab olduğunu bildirib.

Nardella, bu qısa müddətli mənzil kirayəsinin şəhərdə kirayə qiymətlərinin də artmasına səbəb olduğunu ifadə edib: “2016-cı ildə Airbnb-də 6 mindən bir qədər az mənzilimiz var idi. Bu gün demək olar ki, 14 min 378 mənzilimiz var. Bu müddət ərzində Normal aylıq mənzil kirayələrinin orta dəyəri yüzdə 42 artdı. Təkcə keçən il qiymətlər yüzdə 15,1 artdı”.