Fransa polisi La-Manş sərhədindəki miqrant düşərgəsini dağıdıbbackend

Fransa polisi La-Manş sərhədindəki miqrant düşərgəsini dağıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada polis La-Manş sərhədində yerləşən Kale şəhərindəki immiqrant düşərgəsini dağıdıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Fransanın BFMTV telekanalının xəbərinə görə, polis səhər saatlarında 500-dən çox immiqrantın yaşadığı Turquerie düşərgəsinə basqın edib.

Təhlükəsizlik qüvvələri immiqrantları düşərgədən çıxararkən, immiqrasiya statusu çərçivəsində olmadığı üçün oradakı 21 nəfəri təcridxanaya aparıblar.

Bir nəfər xəstəxanaya yerləşdirilərkən, Qubernatorluq qalan mühacirləri müvəqqəti yerləşdirmə mərkəzlərinə aparıb.

Polisin verdiyi açıqlamaya görə, təxliyyə əməliyyatı torpaq sahibinin məhkəməyə müraciətindən və söz mövzusu miqrant düşərgəsi başqasına məxsus torpaqda yerləşdiyindən təhlükəsizlik səbəbləri nəzərə alındıqdan sonra həyata keçirilib.

Kale şəhərində polis və digər məmurların İngiltərəyə keçmək üçün gözləyən qeyri-qanuni mühacirlərin çadırlarını bıçaqla kəsdiyi anlar görüntülərdə əks olunub.

Sözügedən görüntülər hüquq müdafiəçilərinin reaksiyasına səbəb olub.