Sabah Fransada pensiya yaşının 2 il uzadılması ilə bağlı qanun layihəsinə qarş kütləvi tətil və etiraz aksiyaları keçiriləcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fransanln güc strukturları aksiyaya xaricdən gələn əcnəbilərin qatılacağına dair kəşfiyyat məlumatları əldə etdiyi üçün hərəkətə keçib.
Ölkənin daxili işlər naziri Gerald Darmanin kəşfiyyat xidmətinin sabahkı nümayişlərdə xaricdən ultra solçuların iştirakını gözlədiyini bildirib.
O, bu şəxslərin nümayişçilərin kortejinə qatılmasının qarşısını almaq və lazım gəldikdə saxlanmalarını asanlaşdırmaq üçün 17 inzibati qadağa tətbiq etdiklərini qeyd edib.
Darmanin ölkə daxilində 11 min polis və daxili qoşunun 4 mininin paytaxt Parisdə yerləşdiyini söyləyib.
Nümayişlərə və tətillərə bir milyondan çox insanın qatılacağı gözlənilir.