Fransa və Belçika Aİ-nin Rusiyadan qaz idxalını qadağan etmək planını DƏSTƏKLƏMƏDİbackend

Fransa və Belçika Aİ-nin Rusiyadan qaz idxalını qadağan etmək planını DƏSTƏKLƏMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa və Belçika Aİ-nin Rusiyadan boru kəməri və maye qaz idxalını qadağan etmək planını dəstəkləməyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Fransa və Belçika Aİ rəhbərliyinin 2027-ci ilin sonuna qədər mövcud müqavilələr çərçivəsində Rusiyadan boru kəməri və maye qaz idxalını qadağan etmək planını dəstəkləməkdən imtina ediblər.

Adı çəkilən ölkələrin nümayəndələri “belə bir addımın iqtisadi və hüquqi nəticələri ilə bağlı əlavə məlumatlara” ehtiyac duyduqlarını bildiriblər.

Aİ-nin təklifləri həyata keçirilməsi üçün bütün üzv dövlətlərin razılığını tələb edir. Macarıstan və Slovakiya artıq Avropa Komissiyasının Rusiyanın enerji resurslarından asılılığını tamamilə aradan qaldırmaq planından imtina ediblər.

Bundan əvvəl Avropa Komissiyası Aİ-yə Rusiya enerjisindən asılılıqdan tamamilə qurtulmağa imkan verəcək yol xəritəsini təqdim edib.

O, Avropa İttifaqının təmiz enerjiyə keçidi zamanı Rusiyanın neft, qaz və nüvə enerjisinin koordinasiyalı və təhlükəsiz şəkildə Aİ bazarlarından tədricən çıxarılmasını nəzərdə tutur.

2025-ci ilin sonuna qədər Aİ ölkələri Rusiyanın enerji resurslarının idxalından tədricən imtinanı necə asanlaşdıracaqlarını göstərən milli planlar hazırlayacaqlar.

Xuraman Etibarlı

İnterpress.az