Fransada 150 milyon illik dinozavr skeleti hərraca çıxarılacaqbackend

Fransada 150 milyon illik dinozavr skeleti hərraca çıxarılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Drouot Hərrac Evindən verilən yazılı açıqlamaya görə, “kamptozavr” dinozavr skeleti oktyabrın 20-də hərracda satılacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

“Barri” adlı dinozavrın 150 milyon il əvvəl yaşadığı bildirilib.

Skeletin qiymətinin 1,2 milyon avroya qədər çıxa biləcəyi qeyd edilib.

2000-ci illərdə ABŞ-ın Vayominq ştatında aşkar edilən dinozavr skeletinin kəllə sümüyünün dişləri ilə birlikdə 90 faizi bu günə qədər çox yaxşı qorunub saxlanılıb.

2 metr uzunluğundakı dinozavrın adını verən paleontoloq Barri Ceyms skeleti bərpa edən ilk şəxs olması ilə tanınır.

Daha əvvəl Drouot Hərrac Evində 2022-ci ildə Zefir adlı 150 milyon illik dinozavrın skeleti təxminən 673 min avroya, 2021-ci ildə isə 66 milyon illik Big John adlı dinozavrın skeleti təxminən 6,6 milyon avroya satılmışdı.