Fransada qadınlar öldürülürbackend

Fransada qadınlar öldürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Fransada statistika agentliyinin dərc etdiyi hesabatda hər 2 gündə bir qadının öldürüldüyü, 2022-ci ilin əvvəlindən isə 121 qadının öldürüldüyü bildirilib.

İnteroress.az-ın məlumatına görə Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (Insee) Fransa Ədliyyə Nazirliyi ilə birlikdə qadın qətli ilə bağlı hazırladığı hesabatda son rəqəmlər açıqlanıb. Məlumata görə, 2022-ci ilin əvvəlindən Fransada ümumilikdə 121 qadın qətlə yetirilib. İki gündə bir qadının öldürüldüyü ölkədə öldürülən qadınların 86-nın öz evlərində hücuma məruz qaldığı, 54-nün isə zorakılıq və ya ayrılıq səbəbiylə öldürüldüyü bildirilir.

Məlum olub ki, həyatını itirən qadınlardan 63-ü ana, 6-sı isə uşaqları ilə birlikdə qətlə yetirilib. Qətlə yetirilən qadınlardan 2-nin 5 və 8 aylıq hamilə olduğu qeydə alınıb. 2022-ci ildə Fransada törədilən qadın qətlləri nəticəsində 129 uşaq yetim qalarkən, 36 uşaq anası onların gözləri qarşısında öldürülüb. Fransada ilin əvvəlindən 30 qadın zorakılıq, 11 qadın isə intihara cəhd edib.