Fransada təcili yardımının gecə saatlarında bağlanmasına qarşı etirazlar başlanıbbackend

Fransada təcili yardımının gecə saatlarında bağlanmasına qarşı etirazlar başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Brittany bölgəsində bir xəstəxananın təcili yardımının bir gecədə bağlanmasına etiraz edən nümayişçilər katapultlarla çıxış ediblər.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Milli mətbuatda yer alan xəbərlərə görə, Brittany’nin Quimper şəhərinin qubernatorluğu qarşısında toplaşan yüzlərlə adam, gecə saatlarında şəhərdən 1 saat uzaqlıqda yerləşən Carhaix xəstəxanasının təcili xidmətinin bağlanmasına etiraz edib.

Keçmiş prezidentliyə namizəd Philippe Poutou və Carhaix Bələdiyyə Başçısı Kristian Troadec kimi siyasətçilər də daxil olmaqla nümayişçilər Carhaix Xəstəxanasının təcili yardım otağının hər gün və fasiləsiz açıq olmasını tələb ediblər.

Bu arada etirazçıların nümayişə katapult gətirməsi də diqqət çəkib.

Polislə etirazçılar arasında dava baş verərkən, təhlükəsizlik qüvvələri nümayişçilərə bibər qazı ilə müdaxilə edərək, onların qubernator binasına yaxınlaşmasına mane olub.

Nümayişdə iştirak edən siyasətçilər qubernatorluq rəsmiləri ilə təxminən 2 saat görüşsə də, onların tələblərinə müsbət cavab verilməyib.

Sentyabrın 28-də Carhaix xəstəxanasının təcili yardım otağı bağlı olduğu halda vaxtında müdaxilə oluna bilmədiyi üçün 6 aylıq körpənin dünyasını dəyişdiyi iddia edilir.

Xəstəxana rəhbərliyi körpənin öldüyünü təsdiqləsə də, vaxtında müalicə olunmadığı üçün körpənin öldüyü iddiasını təkzib ediblər.

Carhaix Xəstəxanasının təcili yardım otağı sentyabrın 4-dən saat 18.30-dan 08.30-a qədər bağlanıb. Yalnız təcili tibbi yardım qruplarını çağırdıqdan sonra təcili yardıma gələn xəstələr qəbul edilir.