Fransada təyyarə qəzası: Ölənlər arasında uşaq da varbackend

Fransada təyyarə qəzası: Ölənlər arasında uşaq da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın şərqində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində biri uşaq olmaqla iki nəfər həlak olub.

Məlumata görə, təyyarədə böyüklərlə birlikdə olan uşağın 10 yaşı olub.

Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. O, Turnon-Albervil aerodromundan bir neçə yüz metr aralıda yol qovşağının yaxınlığında tapılıb.

Qəzanın nəticələrinin aradan qaldırılması zamanı A430 avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Hazırda hüquq-mühafizə və aviasiya orqanları faciənin baş vermə səbəblərini araşdırır.

Mənbə: TASS