Fransadakı gənc fotoqraf soydaşımızın elektron kitabı təqdim edilibbackend

Fransadakı gənc fotoqraf soydaşımızın elektron kitabı təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada yaşayan soydaşımız, gənc fotoqraf Maya Bağırovanın “Mayanın Qara bağı” adlı elektron kitabı hazırlanıb.
Elekton kitaba müəllifin işğaldan azad olunan torpaqlara səyahəti zamanı çəkdiyi fotolar, eləcə də fotolar haqqında Azərbaycan, ingilis, fransız və rus dillərində məlumatlar daxil edilib.
Qeyd edək ki, Maya Bağırova 1993-cü ildə Bakıda anadan olub. 2011-ci ildə Bakı İncəsənət Gimnaziyasını bitirib və Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına (skripka sinfi) daxil olub. Beynəlxalq Muğam Mərkəzində fotoqraf işləyib və 2016-cı ildə Parisə köçüb. 2017-2019-cu illərdə təhsilini “Paris Match” jurnalının tərəfdaşı olan “Spéos” məktəbində davam etdirib. “Paris Match”ın tələbələr üçün təsis etdiyi Grand Prix mükafatının qalibi olub və bu jurnalda fotoları dərc olunan ilk azərbaycanlıdır. “Nərgiz” və “İrs” jurnallarında, yerli və Avropa jurnallarında da fotoları dərc edilib. Məşhur “Hans Lucas” agentliyinin üzvüdür, beynəlxalq sərgilərdə iştirak edib və bir sıra mükafatlara layiq görülüb.