Biz azadlıq və demokratiyanın yaradacağı imkanlardan istifadə etmək istəyirik.
İnterpress.az xəbər verir ki, bunu Fransız Polineziyası Assambleyasının Təhsil, Gənclər və İdman Komissiyasının sədr müavini, Dövlət müəssisələri Beynəlxalq məsələlər və Bələdiyyələrlə əlaqələr komissiyasının katibi Tevaipaea Hoiore parlamentdə mayın 30-da keçirilən “Fransız Polineziyasının Dekolonizasiya Hüququ – Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
“Sizdən və beynəlxalq ictimaiyyətdən dəstək istəyirik. Suverenlik əldə etmək bizə unikal irsimizi qorumağa və xalqımızın maraqlarına uyğun hərəkət etməyə imkan verəcək. Bizdə illik əhali artımı 500 nəfərdən çox olur. Əhali artımı doğumun ölüm hadisəsindən çox olması ilə əlaqədardır.
Ancaq 17-25 yaş arası gənclər ərazini tərk edir, gələcək arzusu ilə Fransaya üz tutub, ordu sıralarına qatılırlar. Bu isə xalqımızın hərbi və strateji maraqlarında ciddi çətinlik yaradır. Bütün bunlar əmək bazarına, sosial demoqrafik vəziyyətə ciddi təsir göstərib”, – o qeyd edib.
Tevaipaea Hoiore vurğulayıb ki, suverenliyə aparan yolda dəstək vacibdir.