Avropa Krımı Rusiya ərazisi kimi tanıması üçün Ukraynaya təzyiq etməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Qərb rəsmilərinə istinadən “Financial Times” yazır.
Avropa ölkələri ABŞ-nin Krımın Rusiya kimi tanınması və ya Kiyevə bununla razılaşması üçün təzyiq göstərməsi ilə bağlı heç bir addımı bəyənməyəcək.
Onlar Ukraynanın suverenliyi ilə bağlı Zelenskinin qarşı çıxdığı heç bir şeyi qəbul etməyəcəklər.
“Krım və NATO-ya üzvlük üçün gələcək istəklər bizim üçün qırmızı xətlərdir. Biz onlardan imtina edə bilmərik”, – Aİ-nin yüksək səviyyəli diplomatı deyib.
“Əgər ABŞ birtərəfli hərəkət etsə, bu, Rusiyanın təcavüzünü mükafatlandıracaq və Moskvanı Gürcüstan və Moldovaya iddialarını davam etdirməyə, həmçinin NATO və Aİ-nin üzvü olan Baltikyanı ölkələr kimi digər keçmiş sovet ölkələrini təhdid etməyə təşviq edəcək”, – rəsmilər bildirib.
Xuraman Etibarlı
İnterpress.az