Suxumi hava limanının mühəndis xidmətinin Ukrayna hərbi kəşfiyyatı üçün işləyən əməkdaşı saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti bildirib. Məlumata görə, Abxaziyanın Suxum hava limanında terror aktı planlaşdıran Ukrayna kəşfiyyatçısı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Xüsusi xidmət iddia edir ki, o, Ukrayna kəşfiyyatına rəsmi beynəlxalq nümayəndə heyətlərinin qəbulu üçün istifadə edilən hava limanının və ona bitişik qapalı dayanacağın plan-sxemini verməyi planlaşdırıb.
Xuraman Etibarlı
İnterpress.az