Füzuli artıq ruhlar şəhəridir – Fotolarbackend

Füzuli artıq ruhlar şəhəridir – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan əsilli fransız fotoqraf, “National Geografic” jurnalının tanınmış fotojurnalisti Rza Diqqəti (Reza Deghati)  erməni işğalından azad edilən Füzuli rayonuna səfər edib

İnterpress.az xəbər verir ki, öz İnstaqram hesabında rayonun xarabaya çevrilmiş mənzərəsini paylaşaraq fotolara bu şərhi verib:

“Ruhlar şəhərinə çevrilmiş  Füzulinin oyanışı: payız rənglərindən baharın erkən çiçəklənməsinə qədər. Füzuli şəhərinə girmək mənim üçün həm gözəl, həm də təəccübləndirən təcrübə oldu. 90-cı illərdəki döyüşlərdə düşmən tərəfindən işğal edilən yerlərdə son otuz ildə məskunlaşma olmayıb. Bu boşluğu görmək, səssizliyi hiss etmək çox ağırdır.

Füzuli artıq ruhlar şəhəridir. Buradakı gözəllik təbiətin gücü və ayaqda qalmağı bacaran abidələr idi. Bura artıq nadir görülən vəhşi heyvanlar üçün bir ziyarətgahdır. Və səhvlərimiz nə qədər ağır olsa da təbiət onları aradan qaldıracaq”.

Qeyd edək ki, fotoqraf bir müddət əvvəl Qubadlıda çəkdiyi donuz tövləsinə döndərilmiş məscidin fotoları ilə səs-küyə səbəb olmuşdu.

 

Füzuli artıq ruhlar şəhəridir - Fotolar
Füzuli artıq ruhlar şəhəridir - Fotolar
Füzuli artıq ruhlar şəhəridir - Fotolar
Füzuli artıq ruhlar şəhəridir - Fotolar
Füzuli artıq ruhlar şəhəridir - Fotolar
Füzuli artıq ruhlar şəhəridir - Fotolar
Füzuli artıq ruhlar şəhəridir - Fotolar
İnterpress.az