Gəmidə PARTLAYIŞ – Xəsarət alanlar var – VİDEObackend

Gəmidə PARTLAYIŞ – Xəsarət alanlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bodrum limanında yanacaq doldurmaq üçün yanaşan gəmidə partlayış baş verib, 3 nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Muğlanın Bodrum rayonunda yanacaq doldurmaq üçün limana yaxınlaşan qayıqda baş verən partlayış nəticəsində 3 nəfər yaralanıb.

Saat 10:30 radələrində yanacaq doldurmaq üçün Bodrum Marinaya yaxınlaşan qayıqda naməlum səbəbdən partlayış baş verib.

Bölgədəki insanların hadisə ilə bağlı xəbər verməsindən sonra hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Partlayışda yaralanan 3 nəfər təcili yardımla Bodrum Dövlət Xəstəxanasına aparılıb. Yaralıların müalicəsinin davam etdiyi bildirilib.

Partlayışla bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az