Qretanın gəmisindən beş fransız fəal İsrail məhkəməsi qarşısına çıxacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot X sosial şəbəkəsində yazıb.
O, Qəzzaya girməyə cəhd edərkən saxlanılan 5 fransız fəalın bu gün İsrail hakimi qarşısına çıxacağını açıqlayıb.
“Konsulumuz ötən gecə İsrail hakimiyyəti tərəfindən həbs edilmiş altı Fransa vətəndaşı ilə görüşə bilib”, – Barrot bildirib.
O, saxlanılanlardan birinin ölkəni könüllü tərk etməyə razı olduğunu və bu gün Fransaya qayıtmalı olduğunu dəqiqləşdirib.
Qalan beş fəal məcburi deportasiya proseduruna məruz qalacaq və onların işinə baxılması üçün İsrail hakimi qarşısına çıxmalıdır.
Fransa Xarici İşlər Nazirliyi İsraili könüllü tərk etməyə razılıq verən fəalın adını açıqlamayıb.
Xuraman Etibarlı
İnterpress.az