“Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” davam edirbackend

“Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən “Gənc Liderlər və Təşəbbüs Qruplarının rəhbərləri üçün Payız Məktəbi” davam edir. Layihənin keçirilməsində məqsəd gənc liderlər və Təşəbbüs Qruplarının rəhbərlərinin üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsi və şəbəkələşmə prosesinə töhfə verməkdir.

“Payız Məktəbi”nin proqramına əsasən, 26-27 noyabr tarixlərində millət vəkili Bəhruz Məhərrəmovun təqdimatında “Regionda baş verən geosiyasi reallıqlar və ölkə gəncliyinin üzərinə düşən vəzifələr”, millət vəkili Aydın Mirzəzadənin təqdimatında “Azərbaycan dövlətçiliyinin müasir inkişaf tendesiyaları”, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun təqdimatında “Azərbaycanda din: ideoloji və ictimai təhlükəsizlik müstəvisində”, YAP İdarə Heyətinin üzvü Bayram Aslanovun təqdimatında “Dövlət gənclər siyasəti və tələbə təşkilatlarının gənclərin şəxsi inkişafında rolu” mövzusinda panel müzakirələri, sosial media üzrə ekspert Aliyə Cəlil ilə “Sosial mediadan faydalı istifadə və həyatımızda rolu”, təlimçi Fərid Məhərrəmlinin təqdimatında “Rəqəmsal marketinqin ictimai işə tətbiqi” mövzusunda təlimlər baş tutub və layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

Layihə çərçivəsində gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə 27 noyabr tarixində günün ikinci yarısı şəhər gəzinti həyata keçirilib. Gəzinti zamanı Mingəçevir şəhər Tarix Muzeyi və Dövlət Rəmzləri Muzeyinə ekskursiya təşkil olunub. Gəzintinin irəliləyən saatlarında layihə iştirakçıları Mingəçevir su anbarında günbatımını izləyiblər.

Günün sonunda NLP master, kouç Gülşad Hüseynovanın iştirakı ilə meditasiya gecəsi baş tutub. Daha sonra “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı layihə iştirakçıları ilə tonqal ətrafında görüşərək “Payız Məktəbi” ilə bağlı səmimi söhbət aparıb, gənclərin təəssüratlarını dinləyib.

Ənənəyə uyğun olaraq 26-27 noyabr tarixlərində də gün sonu mədəni-kütləvi tədbirlərlə yekunlaşıb. “Enerjini paylaş” devizi ilə təşkil olunan sonuncu mədəni-kütləvi tədbirin ilk hissəsində tanınmış reperlərin iştirakı ilə konsert proqramı, ikinci hissəsində isə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli və maraqlı anlar yaşanıb.