Gənclər ətrafda baş verənlərə məhəl qoymurlarsa, Ermənistanı tərk etməyə məhkumdurlar – Paşoyanbackend

Gənclər ətrafda baş verənlərə məhəl qoymurlarsa, Ermənistanı tərk etməyə məhkumdurlar – Paşoyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər ətrafda baş verənlərə məhəl qoymurlarsa, Ermənistanı tərk etməyə məhkumdurlar.

İnterpress.az xəbər verir ki, bunu erməni jurnalist Karpis Paşoyan “Suallar var” verilişində bildirib.

O bildirib ki, erməni gənclər ətraflarında baş verənlərə məhəl qoymamağa davam edərsə, Ermənistanı tərk etməyə məhkumdurlar.

“Gənclər qorxmağa, siyasətdən uzaq durmağa, ətraflarında baş verənləri görməməyə davam etsələr, Ermənistanı tərk etməyə və ya sadəcə yaşamaq üçün burada yaşamağa məhkumdurlar”, – Paşoyan deyib.

“Gənclərin rolu bütün cəmiyyətlərdə çox vacibdir. Təəssüf ki, gənclərimiz pisləşməyə başlayıb. Onların yazdıqlarını, inandıqlarını, dediklərini görəndə məyus olursan: eyni sadəlövhlük, eyni apolitizm, eyni miflərin təkrar istehsalı.

Erməni mütərəqqi kütləsi, o cümlədən mən də uzun illərdir ki, reqressiyaya, hərbi vətənpərvərliyə arxalanaraq bizim yazıq psevdoziyalılığımıza haqq qazandırmağa çalışırlar: zarafatlaşırdıq, ələ saldıq, bundan başqa heç nə etmədik”, – Paşoyan qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az