“Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun fəaliyyətin təşkili görülən işlərin keyfiyyətinin artmasında mühüm rol oynayır. Xüsusilə təyinatların kompüter proqram təminatı ilə həyata keçirilməsi şəffaflığın bariz nümunəsidir”.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov deyib.
“Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşmadan söz düşmüşkən “Gizir hazırlığı məktəbi”nin fəaliyyətə başlamasını xüsusilə vurğulamaq yerinə düşər. Bu məktəbin yaradılmasında başlıca məqsəd peşəkar gizirlərin hazırlanması və komanda idarəetmədə gizir konsepsiyasından istifadənin daha da artırılmasından ibarətdir. Qeyd olunan mühüm xüsusiyyətlər və bu istiqamətdə görülən işlər mövcud problemlərin həllində, gələcək planların inkişafında və daha da sürətlənməsində mühüm rol oynayacaq”, – o bildirib. Elçin Xəlilov