Ginzburg: Dünya çiçək xəstəliyinə bənzər epidemiya ilə təhdid olunurbackend

Ginzburg: Dünya çiçək xəstəliyinə bənzər epidemiya ilə təhdid olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pişiklər çiçək xəstəliyinə bənzər bir pandemiyaya səbəb ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə N.F.Qamaleya adına Milli Elmi-Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq “İzvestiya”ya müsahibəsində bildirib.

Aleksandr Ginzburq xəbərdarlıq edib ki, ABŞ və Avropada pişiklərə kütləvi şəkildə təsir edən quş qripi virusu insanlara keçə bilər və çiçək xəstəliyinə bənzər bir pandemiyaya səbəb ola bilər.

Rusiyada fəlakətin qarşısını almaq üçün təcili olaraq 3-4 həftə ərzində ölkəni dərmanla təmin edəcək peyvəndin prototipini hazırlamaq lazımdır.

Hazırda Qamaleya Mərkəzində belə iş aparılmır; o qeyd edib ki, dövlət proqramı yoxdur.

Xuraman Etibarlı

İnterpress.az