Göyərtəsində 12 tanınmış fəal olan gəmi İtaliyadan Qəzzaya GƏLİRbackend

Göyərtəsində 12 tanınmış fəal olan gəmi İtaliyadan Qəzzaya GƏLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyadan Qəzzaya gəmi gəlir. Gəminin göyərtəsində 12 tanınmış fəal var.

İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

Bildirilir ki, “Madlen” gəmisi Qəzza zolağının blokadasını yarmaq üçün İtaliyanın Kataniya limanından yola düşüb.

Gəmidə Qreta Tunberg, irland aktyor Liam Kanningem və fransız “fələstinli” deputat Rima Hassan da daxil olmaqla 12 tanınmış fəal var.

“Dünyanın əksər hissəsində gördüyümüz səssizlik və passivlik ölümcüldür. İki milyon insan sistematik olaraq aclıq çəkir.

Fələstini azad etmək üçün əlimizdən gələni etmək hər birimizin mənəvi borcudur”, – Qreta dənizə yola düşməzdən əvvəl bildirib.

Xuraman Etibarlı

İnterpress.az