Göygöldə minik avtomobili ilə yük avtomobili toqquşub, xəsarət alan varbackend

Göygöldə minik avtomobili ilə yük avtomobili toqquşub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.

“VAZ-21015” markalı minik avtomobili və “Ford” markalı kiçik tutumlu yük avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü,Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Elmir Çapay oğlu Nağdaliyev xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

İnterpress.az