23 yaşlı Sara Milliken “Miss Alabama” gözəllik müsabiqəsinin qalibi olub..
interpress.az-ın məlumatına görə, o, artıq üçüncü dəfədir ki, müsabiqədə iştirak edir. Lakin bəxti ona yalnız indi gülümsəyib.
Hakimlər nəhayət görüblər ki, “O, gözəldir və zərifdir”.
Qələbəsini təsvir edən xanım deyib:
Bu, mənim 8 ildir ki, çatmağa çalışdığım arzumdur. Bunu yaşamaq və sizinlə bölüşmək imkanım olduğuna inana bilmirəm. Hələ qarşıda çox şey var”.
İndi o, noyabrda Floridada keçiriləcək “Miss Amerika” müsabiqəsində iştirak etməyə hazırlaşır. Və onun qalib gəlmək üçün hər şansı var.
Xuraman Etibarl
İnterpress.az