Güclü külək Vaja-Pşavela prospektindəki yaşayış binasının sakinlərinin avtomobillərinə ziyan vurub.
İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, 8 avtomobilə ziyan dəyib.
Həmçinim güclü külək binanın divarını uçurub. Nəticədə xəsarət alan olmayıb.
Yerli sakinlərin dediyinə görə, həmin bina “Senter Point” tərəfindən illər əvvəl tikilib. Sakinlər iddia edirlər ki, sözügedən bina iki ilə yaxındır ki, sökülür, sökülən şirkətlər vaxtaşırı dəyişir.
Həmçinin sakinlər bildirir ki, küləkli havada tikinti materiallarının tez-tez düşməsi hallarına rast gəlinib, lakin indiyədək heç vaxt belə geniş miqyasda olmayıb.