Gürcüstan Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri APARILDIbackend

Gürcüstan Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri APARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Polis general-mayoru İosif Çelidze daxili işlər nazirinin müavini vəzifəsindən istefa verib. O, 2019-cu il sentyabrın 10-dan daxili işlər nazirinin müavinidir.

Çelidze gedəndən sonra daxili işlər naziri Gela Geladzenin 4 müavini qalıb.

Dəyişikliklər Ümumi Müfəttişlik Departamentinə də təsir edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, David Arçvadze idarənin yeni direktoru təyin edilib. O, bu vəzifədə Giorgi İosebidzeni əvəzləyib.

Xuraman Etibarlı

İnterpress.az