Gürcüstan hakimiyyəti Fransa və Polşa səfirliklərinin xəbərdarlıqlarına cavab verir
İnterpress.az xəbər verir ki, Fransa və Polşa səfirliklərinin öz vətəndaşlarına əcnəbilərin Gürcüstana girişinə icazə verilməməsi ilə bağlı xəbərdarlıq edib.
“Fransa və Polşa səfirliklərinin öz vətəndaşlarına əcnəbilərin Gürcüstana girişinə icazə verilməməsi hallarının artması ilə bağlı xəbərdarlıqları ölkə iqtisadiyyatına zərbədir”, – Gürcüstan parlamentinin spikeri Papuaşvili deyib.
Onun sözlərinə görə, bu cür ifadələr həqiqətə uyğun deyil.
O, həmçinin imtina və deportasiya ilə bağlı statistik rəqəmlərə istinad edərək, 2024-2025-ci illərdə Gürcüstanın yalnız 9 Polşa vətəndaşının ölkəyə girişindən imtina etdiyini, Polşanın isə 1250 Gürcüstan vətəndaşının ölkəyə buraxılmadığını qeyd edib.
Fransa ilə bağlı o əlavə edib ki, ölkə 16 Fransa vətəndaşından, Fransa isə 145 Gürcüstan vətəndaşından imtina edib.
Ümumilikdə Gürcüstan 184 Aİ vətəndaşından, Aİ ölkələri isə 4825, yəni 26 dəfə çox Gürcüstan vətəndaşından imtina edib.
Xuraman Etibarlı
İnterpress.az