Gürcüstan Milli Bankı ABŞ-nin yeni sanksiyalarını tətbiq etməməyə İCAZƏ VERDİbackend

Gürcüstan Milli Bankı ABŞ-nin yeni sanksiyalarını tətbiq etməməyə İCAZƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Milli Bankı məhkəmə qərarına qədər ABŞ-ın yeni sanksiyalarını tətbiq etməməyə icazə verib.

İnterpress.az xəbər verir ki, bu barədə “News Georgia” Milli Bankın açıqlamasına istinadən məlumat yayıb.

Maliyyə sanksiyaları Gürcüstan vətəndaşlarına yalnız o halda təsir edəcək ki, Gürcüstan məhkəməsi onları bu sanksiyalara uyğun ittihamlarla məhkum etsin.

Qeyd edilir ki, sərəncamda müvafiq müddəaların təyini, hərəkətə keçməkdədir. Gürcüstan Milli Bankının prezidenti Turnava bir il əvvəl qərarı təsdiqləyib.

Bu, ABŞ-nin Gürcüstanın keçmiş prokuroru, hazırda iri biznesmen olan Otar Partsxaladzeyə qarşı sanksiyalar tətbiq etməsindən sonra baş verib.

Vaşinqton onu Gürcüstanda Rusiyanın təsirini gücləndirmək üçün Rusiya FTX ilə əməkdaşlıqda ittiham edib.

Sentyabrın 16-da məlum olub ki, ABŞ Maliyyə Nazirliyi bir neçə Gürcüstan vətəndaşına qarşı maliyyə sanksiyaları tətbiq edib.

Xuraman Etibarlı

İnterpress.az